Thursday, 28-03-2024, 18:27
Welcome Guest | RSS

Azərbaycan Dövlət İqtisad Universiteti

Site menu
Our poll
Neçənci kurs tələbəsisiniz?
Total of answers: 489
Statistics

Total online: 1
Guests: 1
Users: 0


Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının 29 iyun 2015-ci il tarixli iclasının qərarına əsasən, universitetin mövcud abbreviaturası dəyişdirilərək Azərbaycan, rus və ingilis dillərində UNEC (University of Economy) kimi müəyyən edilib.

Views: 2159 | Added by: Admin | Date: 29-03-2016 | Comments (1)

Iyunun 27-də Azərbaycan Dövlət İqtisad Universitetində “Məzun günü” keçiriləcək.

Tədbridə universitet tarixində ilk dəfə olaraq məzunların təhvil-təslim mərasimi keçiriləcək. Belə ki, məzunlar univeristet himninin sədaları altında ali təhsil müəssisəsinin bayrağını III kurs tələbələrinə təhvil verəcək.

Mərasimdə həmçinin ən yüksək bal toplamış, idman yarışlarında, elmi müsabiqə və konfranslarda birinci yerə layiq görülmüş məzunlara Fəxri Fərman təqdim olunacaq.

Tədbirdə universitetin tələbələrindən ibarət bədii özfəaliyyət kollektivi çıxış edəcək.

Ümumilikdə 2013/2014-cu tədris ilində universitetin bakalavr və magistr pillələrini bitirəcək məzunların sayı 4738 nəfər təşkil edir.

Tədbir iyunun 27-də saat 18:00-da univeristetin əsas binasının həyətində keçiriləcək. 

Views: 3374 | Added by: Admin | Date: 25-06-2014 | Comments (0)

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin yaranmasından 84 il keçir. Universitet Azərbaycan SSR Xalq Komissarları Şurasının 19 iyun 1930-cu il tarixli qərarı ilə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Ticarət-Kooperativ İnstitu kimi təsis edilib. ADİU indiyədək minlərlə müxtəlif profilli iqtisadçı hazırlayaraq sənaye, kənd təsərrüfatı, ticarət, statistika, maliyyə, menecment, vergi sistemi və digər sahələrin yüksək ixtisaslı kadrlarla təmin edilməsində mühüm rol oynayıb.

Ölkə iqtisadiyyatı üçün ali təhsilli kadrlar hazırlayan ADİU-nun 84 illik tarixinin ən yaddaqalan illləri bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb – Azər ... Read more »

Views: 2411 | Added by: Admin | Date: 21-06-2014 | Comments (0)

Əziz tələbələr, magistrlər və təhsil müəssisələrinin məzunları!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edildiyini nəzərə alaraq “2014-cü il Sənaye ili” adı altında Azərbaycan Dövlət İqtisad Universitetində 23 may 2014-cü ildə ənənəvi IX “Məzun – 2014” ümumrespublika yarmarkası keçiriləcək.

Yarmarkada 100-dən çox dövlət qurumları, yerli və xarici şirkətlər vakant iş yerləri ilə iştirak edəcəklər. Yarmarkada iştirak etmək istəyənlər CV-lərini mezunaseu@gmail.com ünvanına göndərə bilərlər.

Yarmarkanın keçiriləcəyi ünvan: İstiqlaliyyət küçəsi, 6 (ADİU-nun 1 saylı tədris korpusu)

Yarmarkanın iş vaxtı: 10.00 – 18.00

Əlaqə telefonları: +99412 497 71 3 ... Read more »

Views: 2837 | Added by: Admin | Date: 07-04-2014 | Comments (0)

Dünyanın ən yaxşı 10 universiteti (2012-2013-cü illərdə)

Views: 2655 | Added by: Admin | Date: 29-08-2013 | Comments (0)

ADIU-ya yeni qəbul olmuş tələbələrin qeydiyyatı üçün lazım olan sənədlər:
Attestat, 
şəkil(ağ fonda 4 ədəd 3x4), 
şəxsiyyət vəsiqəsinin surəti, 
işləyənlər üçün əmək kitabçasının surəti
qəbul oldugunuzu təsdiq edən sənəd (TQDK-da sizin qebul olduğunuzun yazildigi vereqi printerden çıxarın), 
ödənişliyə qəbul olanlar təhsil haqqı smile

Qeyd: Sənədlər ADİU-nun II tədis korpusunda (H.Əliyev küçəsi, 135) qəbul edilir.
Views: 5915 | Added by: Admin | Date: 21-08-2013 | Comments (1)

Bakıda keçirilən üçüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində sənədlər imzalanmışdır. Azərbaycan Dövlət İqtisad Universiteti və Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti arasında əməkdaşlıq haqqında müqaviləni həmin ali məktəblərin rektorları Şəmsəddin Hacıyev və İqor Maksimtsev imzalamışlar.



Menbe: aseu.az
Views: 2339 | Added by: Admin | Date: 18-07-2012 | Comments (0)

Dərbənd filialı 1993-cü ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Rusiya Federasiyanın Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq, onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir.

Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən etibarən filialın yüzlərlə gənc məzunları olmuşdur.

Həmin məzunlar hal-hazırda Rusiya Federasiyasının iqtisadiyyatının müxtəlif sahələrində müvəffəqiyyətlə çalışırlar.
Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanır:
Dünya iqtisadiyyatı;
Maliyyə-Kredit;
Mühasibat uçotu və audit;
Gömrük işinin təşkili;
İqtisadiyyatın hüquqi tənzimlənməsi.


Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə ADİU-nun Dərbənd filialının yeni təhsil kompleksi tikilmiş və istifadəyə verilmişdir. ... Read more »
Views: 9529 | Added by: Admin | Date: 10-11-2011 | Comments (11)

Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən müntəzəm olaraq mədəni-kütləvi tədbir keçirilir. Həmin tədbirlərdən biri də unversitetin bir qrup əməkdaşının istirahəti və ölkəmizin qədim tarixi ilə yaxından tanış olmaları məqsədi ilə Abşeron yarımadasının şimal-şərqindəki Qala kəndində yerləşən 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisindəki "Açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksi”nə təşkil olunmuş ekuskursiyadır. Ekuskursiyanın təşkil olunmasında universitetin rəhbərliyi də yaxından iştirak etmişdir. Ekskursiyanın daha maraqlı keçməsi və buradakı arxeoloji, memarlıq abidələri, saxlanılan eksponetlər haqqında ətraflı və dolğun məlumat almaq üçün HİK-nin təşkilatçılığı ilə bələdçi də ayrılmışdır.


Bələdçinin verdiyi məlumata əsasən kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunub. Bu əra ... Read more »
Views: 2696 | Added by: Admin | Date: 30-10-2011 | Comments (0)

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin aşağıdakı əməkdaşlarına "Əməkdar Müəllim” fəxri adı verib:


Babayev Babaxan İşıq oğlu
Babayev Əlican Pirican oğlu
Bayramov Əvəz İslam oğlu
Bədəlov Şakir Şapur oğlu
Bəşirov Rafiq Alim oğlu
Əhmədov Məhiş Alış oğlu
Hacıyeva Maarifə Hüseyn qızı
Həsənov Rasim Tapdıq oğlu
Kərimov Asif Məti oğlu
Qasımov Rüfət Məmməd oğlu
Mahmudov Cəlal Müseyib oğlu
Manafov Qabil Nadir oğlu
Meybullayev Məmmədhəsən Xanlar oğlu
Mikayılov Nuru Ağabala oğlu
Musayev Nazim Cəlil oğlu
Rəhmanov Fərhad Pənah oğlu
Səbzəliyev Sifariz Mirzəxan oğlu
Şahbazov Kamil Ağazaman oğlu
Yusifov Oktay Yusif oğlu

***

Prezidentin digər səsəncamı ilə Azərbaycanda təhsilin inkişa ... Read more »
Views: 2108 | Added by: Admin | Date: 26-09-2011 | Comments (0)

« 1 2 3 »
Login form
Search
Calendar
«  March 2024  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Reklam