Friday, 19-04-2024, 22:04
Welcome Guest | RSS

Azərbaycan Dövlət İqtisad Universiteti

Site menu
Our poll
Neçənci kurs tələbəsisiniz?
Total of answers: 489
Statistics

Total online: 1
Guests: 1
Users: 0


16:11
İqtisadi araşdırmalar Elmi–Tədqiqat İnstitutu haqqında məlumat
Azərbaycan Dövlət İqtisad Unversitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi – tədqiqat institutu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 senyabr 2009 il tarixli 137 nömrəli qərarı ilə yaradılmışdır.

İnstitutun maliyyə mənbələrini, dövlət büdcəsində Azərbaycan Dövlət İqtisad Universiteti üzrə nəzərdə tutulmuş vəsait, büdcədən kənar fondlardan ayırmalar, sifarişlər və təsərrüfat müqaviləsi üzrə yerinə yetirilən elmi tədqiqat işləri, konsaltinq, sorğuların keçirilməsi və audit xidmətləri üçün ödənişlər , qrantlar və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr təşkil edir.

İnstitutun əsas məqsədi – Azərbaycan iqisadiyyatının aktual problemləri, o cümlədən davamlı, dayanıqlı və tarazlı inkişaf problemləri, həmçinin makroiqtisadi tənzimləmə, sosial və regional inkişafın sürətləndirilməsi, dünya iqtisadiyyatının çaqdaş inkişaf meylləri və Azərbaycanın geoiqtisadi əlaqələrinin qiymətləndirilməsi, informasiya texnologiyalarının inkişafı və innovasiyalı iqtisadiyyatın formalaşdırılması problemləri, ictimai seçimin iqtisadi əsaslarının qiymətləndirilməsi yönümündə elmi araşdırmaların aparılması, geniş spektrli sosioloji tədqiqatların və konsaltinq və audit xidmətlərinin təşkili, milli və global iqtisadi inkişafın proqnozlaşdırılması, funksional, sahəvi və regional, o cümlədən bələdiyyələrin sosial iqtisadi inkişaf konsepsiya və proqramlarının hazırlanmasıdır.

İnstitutun əsas tədqiqat istiqamətləri aşağıdakılar kimi müəyyənləşdirilmişdir:

•Dövlətin iqtisadi siyasətinin elmi əsaslarının hazırlanması, iqtisadi inkişafın idarə olunması və proqnozlaşdırılması;
•DTS-in inkişaf meyllərinin qiymətləndirilməsi və Azərbaycanın geoiqtisadi maraqlarının təmin edilməsi;
•Maliyyə siyasəti və dövlət maliyyəsinin idarə edilməsi, maliyyə bazarı və bank fəaliyyətinin təkmilləşdirilməsi;
•İnsan potensialının inkişafı, sosial idarəetmə və sosial təhlükəszlik problemləri, o cümlədən həyat səviyyəsinin yüksəldilməsi, sosial müdafiə və sosial təminat standartlarının formalaşdırılması, sosial sferanın maliyyələşdirilməsi;
•Regionların sosial –iqtisadi inkişafının sürətləndirilməsi, tarazlaşdırılması və yerli özünü idarə etmənin iqtisadi problemləri üzrə araşdırmaların aparılması, regionlar və inzibati ərazilərin,o cümlədən bələdiyyələrin idarə olunması, həmçinin kompleks və məqsədli sosial iqtisadi inkişaf proqramlarının hazırlanması;
•İnformasiya texnologiyalarının iqtisadiyyatda tətbiqinin genişləndirilməsi, innovasiyalı və kreativ iqtisadiyyatın formalaşdırılması strategiyası;
•Azərbaycan cəmiyyətində ictimai seçimin iqtisadi əsaslarının qiymətləndirilməsi;
•Konsaltinq və audit xidmətlərinin təşkili.
Hazırda İqtisadi Araşdırmalr İnstitunun elmi –təşkilati strukturunu aşağıdakı elmi şöbələr təşkil edir:

•Makroiqtisadi siyasət şöbəsi;
•Dünya iqtisadiyyatı və geoiqtisadi əlaqələr şöbəsi;
•Sosial inkişaf problemləri;
•Regionların sosial –iqtisadi inkişaf problemləri şöbəsi;
•Sosioloji tədqiqatlar və konsaltinq şöbəsi;
•İKT və innovasiya iqtisadiyyyatı şöbəsi.
İnstitutun əməkdaşları sırasında 5 elmlər doktoru və 8 nəfər elmlər namizədi vardır. İnstituta iqtisad elmləri doktoru professor R. Həsənov rəhbərlik edir.

Views: 2566 | Added by: Admin | Rating: 3.0/1
Total comments: 0
Name *:
Email *:
Code *:
Login form
Search
Calendar
«  February 2011  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728
Reklam