Friday, 26-04-2024, 10:47
Welcome Guest | RSS

Azərbaycan Dövlət İqtisad Universiteti

Site menu
Our poll
Neçənci kurs tələbəsisiniz?
Total of answers: 489
Statistics

Total online: 1
Guests: 1
Users: 0


22:26
ADİU Dərbənd filialı
Dərbənd filialı 1993-cü ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Rusiya Federasiyanın Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq, onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir.

Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən etibarən filialın yüzlərlə gənc məzunları olmuşdur.

Həmin məzunlar hal-hazırda Rusiya Federasiyasının iqtisadiyyatının müxtəlif sahələrində müvəffəqiyyətlə çalışırlar.
Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanır:
Dünya iqtisadiyyatı;
Maliyyə-Kredit;
Mühasibat uçotu və audit;
Gömrük işinin təşkili;
İqtisadiyyatın hüquqi tənzimlənməsi.


Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə ADİU-nun Dərbənd filialının yeni təhsil kompleksi tikilmiş və istifadəyə verilmişdir. Muasir tələblərə cavab verən tədris korpuslarında 1500 tələbənin təhsil almasına imkan yaradılmışdır. Kampus tipli yeni təhsil kompleksinə 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik litsey daxildir.

Filialda müasir tələblərə cavab verən kompyuter otaqları, son illərdə dərc edilmiş kitablarla təmin edilmiş kitabxana, oxu zalı və digər kabinetlər fəaliyyət göstərir. Müəllimlər mütəmadi olaraq elmi-tədqiqat fəaliyyətilə də məşğul olurlar, respublika və beynəlxalq konfranslarda tezis və çıxışlarla iştirak edirlər.

Filiala yuxarıda göstərilən ixtisaslar üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya və akkreditasiya verilmişdir. Filiala hər il ödənişsiz və ödənişli əsaslarla tələbə qəbulu həyata keçirilir.

Views: 9558 | Added by: Admin | Tags: adiu derbend filiali dagistan | Rating: 1.5/2
Total comments: 111 2 »
11 Ruslan  
0
Salam. Men o ADIU-nun filialinda tehsil almaq isteyirem odeniwsiz tehsil almaq ucun ne etmeliiyem?Cox xahis edirem qebul qaydalari ile tanis edesiniz.

10 Sevil  
0
Salam zehmet olmasa qebul qaydalari haqqinda melumat veresiniz

9 samir  
0
SALAM MEN 1999 ILDE ADIU -NE DAXIL OLMUSHAM VE MUEEYEN SEBEBLERE GORE 2001 CI ILDE TEHSILI DAVAM ETDIRE BILMEDIM INDIYE KIMI MENIM SENEDLERIM UNIVERSITETDE QALIB FAKULTE KOMMERSIYA IXTISAS REKLAM ISI RUS SEKTORUNDA OXUMUSAM ISTERDIM ONU DERBEND FILIALINA PEREVOD ETMEK OLARMI EYER MUMKUNDURSE.
XAHIS EDIREM MENE KOMEK EDESINIZ ?

8 Rahib  
0
salam.derbend filialina qebul nece aparilir?imtahan vermek lazimdir?

7 Urfan  
0
Salam mende bu mektebde tehsil almaq isteyirem hansi senedler lazimdi?

6 Urfan  
0
Salam mende bu mektebde tehsil almaq isteyirrm hansi senedler lazimdi?

5 Gulbeniz  
0
Cox xahis edirem oglumun bu universitete qebul olunmasina komek edin.
xahis edirem elaqe nomrelerini yazasiniz. Sag olun.

4 Gunel  
0
Salam xaiw edirəm gebulun qaydasini taniw edesiz

3 Mammadov Anar  
0
Salam. Men ADIU-nun filialinda tehsil almag isteyirem.Xahish edirem mene oz meslehetinizi veresiniz.Hansi senedler ve nece gebul olmag olar?Mumkundurse etrafli yazin.

2 Anar  
0
Salam. Men Derbente tehsil almaq isteyirem. Xahiw edirem mene komek edin?

1-10 11-11
Name *:
Email *:
Code *:
Login form
Search
Calendar
«  November 2011  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Reklam