Bakıda keçirilən üçüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində sənədlər imzalanmışdır. Azərbaycan Dövlət İqtisad Universiteti və Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti arasında əməkdaşlıq haqqında müqaviləni həmin ali məktəblərin rektorları Şəmsəddin Hacıyev və İqor Maksimtsev imzalamışlar.
Dərbənd filialı 1993-cü ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Rusiya Federasiyanın Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq, onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir.
Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən etibarən filialın yüzlərlə gənc məzunları olmuşdur.
Həmin məzunlar hal-hazırda Rusiya Federasiyasının iqtisadiyyatının müxtəlif sahələrində müvəffəqiyyətlə çalışırlar. Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanır: Dünya iqtisadiyyatı; Maliyyə-Kredit; Mühasibat uçotu və audit; Gömrük işinin təşkili; İqtisadiyyatın hüquqi tənzimlənməsi.
Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə ADİU-nun Dərbənd filialının yeni təhsil kompleksi tikilmiş və istifadəyə verilmişdir. ... Read more »
Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən müntəzəm olaraq mədəni-kütləvi tədbir keçirilir. Həmin tədbirlərdən biri də unversitetin bir qrup əməkdaşının istirahəti və ölkəmizin qədim tarixi ilə yaxından tanış olmaları məqsədi ilə Abşeron yarımadasının şimal-şərqindəki Qala kəndində yerləşən 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisindəki "Açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksi”nə təşkil olunmuş ekuskursiyadır. Ekuskursiyanın təşkil olunmasında universitetin rəhbərliyi də yaxından iştirak etmişdir. Ekskursiyanın daha maraqlı keçməsi və buradakı arxeoloji, memarlıq abidələri, saxlanılan eksponetlər haqqında ətraflı və dolğun məlumat almaq üçün HİK-nin təşkilatçılığı ilə bələdçi də ayrılmışdır.
Bələdçinin verdiyi məlumata əsasən kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunub. Bu əra... Read more »
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin aşağıdakı əməkdaşlarına "Əməkdar Müəllim” fəxri adı verib:
Babayev Babaxan İşıq oğlu Babayev Əlican Pirican oğlu Bayramov Əvəz İslam oğlu Bədəlov Şakir Şapur oğlu Bəşirov Rafiq Alim oğlu Əhmədov Məhiş Alış oğlu Hacıyeva Maarifə Hüseyn qızı Həsənov Rasim Tapdıq oğlu Kərimov Asif Məti oğlu Qasımov Rüfət Məmməd oğlu Mahmudov Cəlal Müseyib oğlu Manafov Qabil Nadir oğlu Meybullayev Məmmədhəsən Xanlar oğlu Mikayılov Nuru Ağabala oğlu Musayev Nazim Cəlil oğlu Rəhmanov Fərhad Pənah oğlu Səbzəliyev Sifariz Mirzəxan oğlu Şahbazov Kamil Ağazaman oğlu Yusifov Oktay Yusif oğlu
***
Prezidentin digər səsəncamı ilə Azərbaycanda təhsilin inkişa... Read more »
Azərbaycan Dövlət İqtisad Unversitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi – tədqiqat institutu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 senyabr 2009 il tarixli 137 nömrəli qərarı ilə yaradılmışdır.
İnstitutun maliyyə mənbələrini, dövlət büdcəsində Azərbaycan Dövlət İqtisad Universiteti üzrə nəzərdə tutulmuş vəsait, büdcədən kənar fondlardan ayırmalar, sifarişlər və təsərrüfat müqaviləsi üzrə yerinə yetirilən elmi tədqiqat işləri, konsaltinq, sorğuların keçirilməsi və audit xidmətləri üçün ödənişlər , qrantlar və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr təşkil edir.
İnstitutun əsas məqsədi – Azərbaycan iqisadiyyatının aktual problemləri, o cümlədən davamlı, dayanıqlı və tarazlı inkişaf problemləri, həmçinin makroiqtisadi tənzimləmə, sosial və regional inkişafın sürətləndirilməsi, dünya iqtisadiyyatının çaqdaş inkişaf meylləri və Azərbaycanın geoiqtisadi əlaqələrinin qiymətləndirilməsi, informasiya texnologiyalarının inkişafı və innovasiyalı iqtisadiyyatın fo... Read more »
Distant və əlavə Təhsil Mərkəzinin direktoru Dos. Eminov Nazim Oktay oğlu
Hazırki dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) cəmiyyətin inkişafına güclü təsir edən amillərdən birinə çevrilmişdir.
Müasir dövrdə İKT-nin iqtisadi həyatımıza daxil olan, ona ciddi təsir göstərən sahələrindən biri təhsil sferasıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi sübut edir ki, hazırda İKT-nin tələblərinə tam cavab verən, ona çevik və səmərəli şəkildə uyğunlaşan Distant təhsildir. Vahid mərkəzləşdirilmiş Distant təhsil sisteminin yaradılması və inkişafı konsepsiyası Distant təhsilinin yüksək sosial əhəmiyyətinə, onda formalaşmış tələbatların uçotuna, lazımi pedaqoji, elmi-texniki və elmi-texniki və elmi- metodiki kadr potensialına və maliyyə imkanlarına əsaslanır. Bu baxımdan Distant təhsil dedikdə, kompleks təhsil xidmətləri başa düşülür.
Distant təhsil Mobil təhsil yaradır və həmçinin, ənənəvi tədris sistemi ilə müqayisədə hər təhsil alana çəkilən xərci (bir neçə dəfə) ... Read more »
Azərbaycan Dövlət İqtisad Universiteti tədrisin təşkili və idarə edilməsinin səmərəliliyinin yüksəldilməsində, elmi potensialının artırılmasında, məzunlarının əmək bazarlarında layiqli yer tutmalarının təmin edilməsində yerli və xarici qurumlarla əməkdaşlıq edilməsini, onların imkanlarından və təcrübələrindən qarşılıqlı şəkildə faydalanmasını əsas prinsip kimi qəbul edərək, əməkdaşlığın aşağıdakı istiqamətlərinə üstünlük verir:
•Milli dövlət və özəl qurumlarla əməkdaşlıq; •Xarici universitetlərlə əməkdaşlıq; •Beynəlxalq universitet birlikləri ilə əməkdaşlıq; •Dünyanın nüfuzlu alim və mütəxəssisləri ilə əməkdaşlıq.
Azərbaycan Dövlət İqtisad Universiteti aşağıdakı universitetlər assosiasiyasının üzvü kimi beynəlxalq əlaqələrini genişləndirmişdir:
•Avropa Universitetlər Assosiasiyası; •Qara Dəniz Ölkələri Universitetlər Assosiasiyası; •İslam Dünyası Universitetlər Federasiyası; •Avrasiya Universitetlər Assosiasiyası; •Beynəlxalq Univ... Read more »
Azerbaijan State Economic University (ASEU) (Azerbaijani: Azərbaycan Dövlət İqtisad Universiteti (ADIU)) is a public university located in Baku, Azerbaijan. Azerbaijan State Economic University (ASEU) that founded in 1930 is one of the biggest educational institutions of the South Caucasus countries. At ASEU there are functioning 14 faculties, 16 thousand students get education and there are magistrates upon 57 specialties, more than 1000 teachers work there, including 62 professors and 344 docents, among which there are real members of National Academy of Sciences, New-York Academy of Sciences, winners of state rewards, deserved teachers and scientists. ASEU is a full member of the European Association of Universities, Association of Islam Countries Universities, University Council of Black Sea Economic Cooperation Organization ... Read more »
Azərbaycan Dövlət İqtisad Universiteti ölkənin ən aparıcı və potensial gücə malik ali məktəblərindən biridir. İndi Universitetin 11364 tələbəsi (bakalavr), 20 fakültədə 47 ixtisas üzrə 738 magistri var. Onlara 56 kafedrada 805 müəllim dərs deyir. Müəllimlərdən 59-u professor, 49-u elmlər doktoru, 395-i elmlər namizədi, 302-si isə dosentdir.
Universitetdə tədris intizamının gücləndirilməsi, təhsilin və elmi araşdırmaların səviyyəsinin yüksəldilməsi, həmçinin müəllimlərin və tələbələrin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması üçün maksimum şərait yaradılıb. Dünyadakı qlobal iqtisadi problemlərlə daha yaxından tanış olmaq və tədrisin səviyyəsini yüksəldib beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə universitetimiz İNTERNET sisteminə qoşulub. Azərbaycan Dövlət İqtisad Universitetində müasir standartlara uyğun aparılan elmi aşadırma işləri dövrün real iqtisadi problemlərinin həllini tapmağa imkan verir.
Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadiyyatın bütün sahələrini t... Read more »