Tuesday, 2018-11-20, 21:29
Welcome Guest | RSS

Azerbaycan Dovlet Iqtisad Universiteti

Site menu
Login form
Tag cloud
Our poll
Neçənci kurs tələbəsisiniz?
Total of answers: 453
Main » 2016 » May » 16 » Fransanın Montpellier Universiteti ilə ADIU-un birgə reallaşdırdığı ikili diplom proqramının təqdimatı keçirilib
04:06
Fransanın Montpellier Universiteti ilə ADIU-un birgə reallaşdırdığı ikili diplom proqramının təqdimatı keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (ADIU) Fransanın Montpellier Universiteti ilə ADIU-un birgə bakalavr dərəcə proqramının təqdimatı keçirilib.

ADIU-un tələbə və müəllimlərinə proqram haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2016/2017-ci tədris ilindən başlayaraq ADIU-un dünya iqisadiyyatı, maliyyə, mühasibat, iqtisadiyyat və biznesin idarəolunması ixtisasları üzrə təhsil alan tələbələri Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə diplom əldə edə biləcəklər.

Proqramda ilk iki tədris ilini ADIU-da təhsil alan və 120 kredit qazanan, ingilis dili bilikləri olan tələbələr iştirak edə bilər. 3-cü kursda proqram üçün seçilən tələbələrə iki variant  üzrə təhsillərini davam etdirmək imkanı veriləcək.

Birincivariantı seçən tələbələr 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra tələbələr ADIU-a geri dönərək, təhsillərini 4-cü kursdan davam edəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrə Montpellier Universitetinin tələbə kartları veriləcək.

İkinci variant olaraq, tələbələrəİqtisad Universiteti və Montpellier Universitetinin təhsil proqramlarına uyğunlaşdırılan proqram üzrə 3-cü kurs təhsilllərini ADIU-da davam etdirmək təklif olunur. Tələbələrə bir neçə fənni Montpellier Universitetinin professorları tədris edəcək. Onlar həm ADIU, həm də Montpellier Universitetinin tələb olunan kreditlərini əldə edəcəklər.

Təqdimatın sonunda iştirakçıların sualları cavablandırılıb.

Menbe: www.unec.edu.az

Views: 1816 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Tərcümə/ Translate
Search
Facebook
Calendar
«  May 2016  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031