Dərbənd filialı 1993-cü ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Rusiya Federasiyanın Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq, onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir.
Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən etibarən filialın yüzlərlə gənc məzunları olmuşdur.
Həmin məzunlar hal-hazırda Rusiya Federasiyasının iqtisadiyyatının müxtəlif sahələrində müvəffəqiyyətlə çalışırlar. Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanır: Dünya iqtisadiyyatı; Maliyyə-Kredit; Mühasibat uçotu və audit; Gömrük işinin təşkili; İqtisadiyyatın hüquqi tənzimlənməsi.
Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə ADİU-nun Dərbənd filialının yeni təhsil kompleksi tikilmiş və istifadəyə verilmişdir. Muasir tələblərə cavab verən tədris korpuslarında 1500 tələbənin təhsil almasına imkan yaradılmışdır. Kampus tipli yeni təhsil kompleksinə 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik litsey daxildir.
Filialda müasir tələblərə cavab verən kompyuter otaqları, son illərdə dərc edilmiş kitablarla təmin edilmiş kitabxana, oxu zalı və digər kabinetlər fəaliyyət göstərir. Müəllimlər mütəmadi olaraq elmi-tədqiqat fəaliyyətilə də məşğul olurlar, respublika və beynəlxalq konfranslarda tezis və çıxışlarla iştirak edirlər.
Filiala yuxarıda göstərilən ixtisaslar üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya və akkreditasiya verilmişdir. Filiala hər il ödənişsiz və ödənişli əsaslarla tələbə qəbulu həyata keçirilir.
SALAM MEN 1999 ILDE ADIU -NE DAXIL OLMUSHAM VE MUEEYEN SEBEBLERE GORE 2001 CI ILDE TEHSILI DAVAM ETDIRE BILMEDIM INDIYE KIMI MENIM SENEDLERIM UNIVERSITETDE QALIB FAKULTE KOMMERSIYA IXTISAS REKLAM ISI RUS SEKTORUNDA OXUMUSAM ISTERDIM ONU DERBEND FILIALINA PEREVOD ETMEK OLARMI EYER MUMKUNDURSE. XAHIS EDIREM MENE KOMEK EDESINIZ ?