Sunday, 03-03-2024, 05:58
Welcome Guest | RSS

Azərbaycan Dövlət İqtisad Universiteti

Site menu
Our poll
Neçənci kurs tələbəsisiniz?
Total of answers: 489
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Azərbaycan bayrağı rənglərinin mənası

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Daha ətraflı

Views: 86 | Added by: Admin | Date: 19-09-2023 | Comments (1)

UNEC reytinqi

Mənbə: www.umultirank.org

Avropa Birliyinin Erasmus+ proqramı tərəfindən maliyyələşən U-Multirank reytinq təşkilatı dünya universitetlərinin fənlər üzrə reytinq cədvəlini açıqlayıb.

U-Multirank reytinq sıralamasının builki buraxılışında 92 ölkədən 1800-ə yaxın universitet 5 kriteriya - tədris və öyrənmə, tədqiqat, bilik transferi, beynəlmilləşmə və regional fəaliyyətləri üzrə qiymətləndirilib. 

U-Multirank təşkilatının İqtisadiyyat fənni (subject ranking) üzrə reytinqındə  UNEC 302 ən yaxşı universitet arasında 259-cu sırada qərarlaşıb. 

Builki fənn reytinqində 302 ... Read more »

Views: 773 | Added by: Admin | Date: 23-03-2021 | Comments (0)

QS Reytinq Agentliyinin 2021-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionun 221-230 ən yaxşı universiteti arasında qərarlaşaraq, ötən ilki nəticə ilə müqayisədə 30 pillə yüksəlib.

Ötən illə müqayisədə indikatorlar üzrə topladığı balları artıran UNEC, builki nəticələrə görə bir pillə yüksəlib və Azərbaycanın ən reytinqli 2-ci universiteti olub. İxtisaslaşmış Azərbaycan universitetləri arasında isə UNEC birinci yerdədir.

Reytinq təşkilatında UNEC-in əldə etdiyi ən yaxşı nəticə  “İşəgötürənlər reputasiyası” indiqatoru üzrə olub. Region universitetləri arasında 96-cı ən yaxşı nəticəni əldə edən UNEC Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb.

“Akademik Reputasiya” indikatoru üzrə  ötən illə müqayisədə 17 pillə irəliləyən UNEC regionda 136-cı,  Azərbaycanda isə ikinci ən yaxşı nət ... Read more »

Views: 246 | Added by: Admin | Date: 19-12-2020 | Comments (0)

Azərbaycan Dövləq İqtisad Universitetində fakültələrin yerləşdiyi korpuslar (tədris binaları) və ünvanları:

 

I tədris binası (İçərişəhər korpusu, Əsas korpus)

Fakültə : Maliyyə

İxtisas : Maliyyə

Fakültə : Uçot – İqtisad

İxtisaslar :

1)Mühasibat uçotu və audit

2) Statistika

Beynəlxalq İqtisadiyyat Məktəbi

İngilis dilində tədris

SABAH

London Universiteti / London İqtisadiyyat Məktəbi 

 

... Read more »

Views: 18534 | Added by: Admin | Date: 10-08-2016 | Comments (12)

14 iyun 2016-cı il üçün QS reytinq agentliyinin  İnkişaf  Etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralaması açıqlanıb. Reytinq 9 indikator üzrə regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında aparılıb.

Reytinqin nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti ilk dəfə olaraq İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində sırf iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb.  İndikatorlar  akademik reputasiya, məqalə üzrə sitat sayı, işəgötürənlərin reputasiyası, müəllim tələbə nisbəti, elmi dərəcəsi olan müəllimlərin sayı, əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına  olan nisbəti, əcnəbi tələbələrin yerli tələbələrə olan nisbəti,  veb təsir, məqalə sayının müəllim sayına olan nisbəti indikatorları üzrə qiymətləndirilib. Qeyd olunan indikatorlar üzrə  ADIU-in göstəriciləri aşağıdakı kimi olub:

Akademik reputasiy ... Read more »

Views: 2486 | Added by: Admin | Date: 25-07-2016 | Comments (1)

Azərbaycan Dövlət İqtisad Universitetində (ADIU) Fransanın Montpellier Universiteti ilə ADIU-un birgə bakalavr dərəcə proqramının təqdimatı keçirilib.

ADIU-un tələbə və müəllimlərinə proqram haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2016/2017-ci tədris ilindən başlayaraq ADIU-un dünya iqisadiyyatı, maliyyə, mühasibat, iqtisadiyyat və biznesin idarəolunması ixtisasları üzrə təhsil alan tələbələri Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə diplom əldə edə biləcəklər.

Proqramda ilk iki tədris ilini ADIU-da təhsil alan və 120 kredit qazanan, ingilis dili bilikləri olan tələbələr iştirak edə bilər. 3-cü kursda proqram üçün seçilən tələbələrə iki variant  üzrə ... Read more »

Views: 2894 | Added by: Admin | Date: 16-05-2016 | Comments (0)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Qazax və Zaqatala filialları müvafiq olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) və Bakı Dövlət Universitetinin (BDU) filialları hesab ediləcək.

Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin rəsmi saytında yerləşdirilən sərəncamın mətnində deyilir:

"Regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2016-cı il iyul ayının 1-dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı, Zaqatal ... Read more »

Views: 2125 | Added by: Admin | Date: 29-04-2016 | Comments (0)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. 

Fərman təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutur.

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır. 

Fərmanda müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Şura sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad ... Read more »

Views: 2803 | Added by: Admin | Date: 12-04-2016 | Comments (0)

1 aprel 2016-cı il tarixinə ADİU-da differensial əmək haqqı sistemi çərçivəsində hesablanan müəllimlərin reytinqinin nəticələri müəyyənləşdirilib. Müəllimlərin elmi-pedaqoji fəaliyyətilə bağlı nəticələri 30 iyun 2016-cı il tarixinədək sistemə daxil ediləcək və prosesin sonunda ADİU-da professor-müəllim heyətinin 2015-2016-cı tədris ili üçün yekun reytinq siyahısı müəyyən olunacaq. Xatırladaq ki, ADİU-da tətbiq edilən differensial əmək haqqı sisteminə uyğun olaraq, reytinq siyahısında ilk 100-ə daxil olan müəllimlərin əmək haqqları növbəti tədris ilindən müvafiq əmsallar üzrə əhəmiyyətli dərəcədə artırılacaq. Hazırda reytinq cədvəlində ilk 100-lük aşağıdakı kimidir:

... Read more »
Views: 5166 | Added by: Admin | Date: 02-04-2016 | Comments (0)

Fevralın 4-də Ümümdünya Universitetlər Reytinq Təşkilatının (QS) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Zoya Zaytseva Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Ölkənin aparıcı universitetlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov universitetin hədəflərini açıqlayıb. UNEC-in dünya ali təhsil sisteminə inteqrasiyası barədə danışan rektor, universitetdə bu istiqamətdə tətbiq edilən yeniliklərdən danışıb. Məqsədimiz UNEC-i dünya səviyyəli universitetlər sırasında görməkdir deyən rektor, QS reytinqində dünyanın nüfuzlu universitetləri ilə yanaşı dayanmaq  iddiasındayıq, deyə bildirib.

Z.Zaytseva UNEC-i Webometrics reytinqinə görə Azərbaycan universitetləri arasında birinci yerdə olması münasibəti ilə təbrik edib. Bildirib ki, UNEC-in QS reytinqində yer ala bilməsi üçün kif ... Read more »

Views: 2248 | Added by: Admin | Date: 29-03-2016 | Comments (0)

1 2 3 »

Login form
Search
Calendar
«  March 2024  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Reklam