Azərbaycan Dövlət İqtisad Universitetində (ADIU) Fransanın Montpellier Universiteti ilə ADIU-un birgə bakalavr dərəcə proqramının təqdimatı keçirilib.
ADIU-un tələbə və müəllimlərinə proqram haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2016/2017-ci tədris ilindən başlayaraq ADIU-un dünya iqisadiyyatı, maliyyə, mühasibat, iqtisadiyyat və biznesin idarəolunması ixtisasları üzrə təhsil alan tələbələri Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə diplom əldə edə biləcəklər.
Proqramda ilk iki tədris ilini ADIU-da təhsil alan və 120 kredit qazanan, ingilis dili bilikləri olan tələbələr iştirak edə bilər. 3-cü kursda proqram üçün seçilən tələbələrə iki variant üzrə təhsillərini davam etdirmək imkanı veriləcək.
Birincivariantı seçən tələbələr 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra tələbələr ADIU-a geri dönərək, təhsillərini 4-cü kursdan davam edəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrə Montpellier Universitetinin tələbə kartları veriləcək.
İkinci variant olaraq, tələbələrəİqtisad Universiteti və Montpellier Universitetinin təhsil proqramlarına uyğunlaşdırılan proqram üzrə 3-cü kurs təhsilllərini ADIU-da davam etdirmək təklif olunur. Tələbələrə bir neçə fənni Montpellier Universitetinin professorları tədris edəcək. Onlar həm ADIU, həm də Montpellier Universitetinin tələb olunan kreditlərini əldə edəcəklər.
Təqdimatın sonunda iştirakçıların sualları cavablandırılıb.
Menbe: www.unec.edu.az
|