Sunday, 22-12-2024, 17:46
Welcome Guest | RSS

Azərbaycan Dövlət İqtisad Universiteti

Site menu
Our poll
Neçənci kurs tələbəsisiniz?
Total of answers: 491
Statistics

Total online: 1
Guests: 1
Users: 0


14:32
Azərbaycan Dövlət İqtisad Universiteti regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəldi

14 iyun 2016-cı il üçün QS reytinq agentliyinin  İnkişaf  Etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralaması açıqlanıb. Reytinq 9 indikator üzrə regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında aparılıb.

Reytinqin nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti ilk dəfə olaraq İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində sırf iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb.  İndikatorlar  akademik reputasiya, məqalə üzrə sitat sayı, işəgötürənlərin reputasiyası, müəllim tələbə nisbəti, elmi dərəcəsi olan müəllimlərin sayı, əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına  olan nisbəti, əcnəbi tələbələrin yerli tələbələrə olan nisbəti,  veb təsir, məqalə sayının müəllim sayına olan nisbəti indikatorları üzrə qiymətləndirilib. Qeyd olunan indikatorlar üzrə  ADIU-in göstəriciləri aşağıdakı kimi olub:

Akademik reputasiya indikatoru üzrə  göstəricilər ali təhsil müəssisələrinə öz akademik fəaliyyətlərinin mövcud vəziyyətini təhlil etmək imkanı verir. Bu zaman dünya üzrə rəy verənlərin cavabları əsas götürülür. Qiymətləndirmə zamanı bu il 77000- dən çox rəy toplanıb. Reytinqdə 30% olmaqla  ən böyük çəkiyə malik akademik reputasiya indikatoru üzrə ADIU-in əldə etdiyi qiymətləndirmə 39.4-dür.

Azərbaycan ali təhsil müəssisələri arasında ən yaxşı göstəricisi  olan ADIU-in veb təsir indikatoru üzrə reytinqdə internet resursların effektivliyi 52.6 balla qiymətləndirilib. Bu indikator üzrə universitetlərin yeni texnologiyalardan səmərəli istifadəsi qiymətləndirilir. Bu mənada əsas olaraq Webometrics qiymətləndirmələri götürülür. Qeyd edək ki, 2015 və 2016-cı illər üzrə reytinqdə ADIU ölkə üzrə birinci yerdə qərarlaşıb.

İşəgötürənlər arasında reputasiyada ötən illərin göstəricilərinə nisbətən xeyli irəliləyiş var. Bu indikator üzrə ümümilikdə 2016-cı il üçün 44200-dən çox rəy toplanıb. ADIU-in dünya və yerli işgüzar dairələrdə artan nüfuzunun göstəricisi olaraq müxtəlif  biznes qurumlarının rəhbər və nümayəndələrinin  verdiyi səsvermə əsasında  yekun bal 22.2 olub. Qiymətləndirmə universitet məzunlarının müxtəlif müəssisələrə işə götürülməsinin təhlil olunmasına köməklik göstərir.

Digər  indikator olan müəllim və tələbə sayı nisbəti indikatoru üzrə ballar  22.1 olub. Bu indikator üzrə tədris aparan müəllim heyəti sayının tələbə sayına olan nisbəti götürülür.  Müəllim sayına düşən məqalələrin orta  sayının göstəricisi  1.1 olub ki,bu da Azərbaycan ali təhsil müəsissələri arasında ikinci ən yaxşı göstəricidir. Bura ali təhsil müəssissələrinin SCOPUS bazasında indekslənmiş məqalələrin sayı daxildir. Bu indikator üzrə ADIU-in irəliləməsinə əsas səbəblərdən biri bu ildən etibarən ADIU-də ilk dəfə olaraq  pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirmək məqsədilə tətbiq olunan diferensial əmək haqqı sistemi olub.

Elmi dərəcəsi olan müəllimlərin sayı indikatoru üzrə də ADIU irəliləyiş əldə edib. ADIU-ə  son iki ildə qəbul olunan elmi dərəcəsi olan  müəllimlərin sayı baxılan reytinqdə universitetimizin irəliləməsində müsbət rol oynayıb. Belə ki, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri olan müəllimlərin sayının ümumi müəllimlərin sayına olan nisbəti  55.9% təşkil edib ki, bu da ADIU-a 10.4 bal qazandırıb.

Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti indikatoru üzrə alınan bal 10.8,  əcnəbi tələbələrin sayının  yerli tələbələrin sayına olan nisbəti indikatoru üzrə isə toplanan bal 4.9 olub.

Beləliklə, akademik və tədris fəaliyyəti, kadr potensialının artırılması və işəgötürənlər arasında beynəlxalq və milli səviyyədə artan nüfuzunun nəticəsi olaraq ADIU bütün indikatorlar üzrə yüksək qiymətləndirilərək,  ilk dəfə olaraq  dünya səviyyəli QS reytinq agentliyinin İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralamasında ən yaxşı 200 universitet sırasına yüksəlib.

Qeyd edək ki, QS Quacquarelli Symonds LTD dünya üzrə ali təhsil müəssisələrinin reytinqini 2004-cü ildən etibarən aparır. Reytinq İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu, Braziliya, Rusiya, Hindistan,  Çin və Cənubi Afrika ölkələri, Asiya, Latın Amerikası və Ərəbistan üzrə  ali təhsil müəssisələrinin sıralamasını aparır. Dünya üzrə reytinq sıralaması isə hər ilin sentyabr ayında aparılır.

Qeyd: ADIU qısaldılmış forması UNEC ilə əvəzlənib.

Menbe: http://unec.edu.az/unec-regionun-iqtisadyonumlu-universitetleri-arasinda-4-cu-yere-yukseldi/

Views: 2977 | Added by: Admin | Tags: iqtisad universiteti dunya reytinqi, iqtisad universiteti azerbaycan, unec reytinq, adiu reytinq, iqtisad universiteti reytinqi | Rating: 0.0/0
Total comments: 1
1 aydan  
0
kecid ballari haqqinda melumati hardan elde olar??

Name *:
Email *:
Code *:
Login form
Search
Calendar
«  July 2016  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Reklam