1 aprel 2016-cı il tarixinə ADİU-da differensial əmək haqqı sistemi çərçivəsində hesablanan müəllimlərin reytinqinin nəticələri müəyyənləşdirilib. Müəllimlərin elmi-pedaqoji fəaliyyətilə bağlı nəticələri 30 iyun 2016-cı il tarixinədək sistemə daxil ediləcək və prosesin sonunda ADİU-da professor-müəllim heyətinin 2015-2016-cı tədris ili üçün yekun reytinq siyahısı müəyyən olunacaq. Xatırladaq ki, ADİU-da tətbiq edilən differensial əmək haqqı sisteminə uyğun olaraq, reytinq siyahısında ilk 100-ə daxil olan müəllimlərin əmək haqqları növbəti tədris ilindən müvafiq əmsallar üzrə əhəmiyyətli dərəcədə artırılacaq. Hazırda reytinq cədvəlində ilk 100-lük aşağıdakı kimidir:
Fevralın 4-də Ümümdünya Universitetlər Reytinq Təşkilatının (QS) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Zoya Zaytseva Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Ölkənin aparıcı universitetlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov universitetin hədəflərini açıqlayıb. UNEC-in dünya ali təhsil sisteminə inteqrasiyası barədə danışan rektor, universitetdə bu istiqamətdə tətbiq edilən yeniliklərdən danışıb. Məqsədimiz UNEC-i dünya səviyyəli universitetlər sırasında görməkdir deyən rektor, QS reytinqində dünyanın nüfuzlu universitetləri ilə yanaşı dayanmaq iddiasındayıq, deyə bildirib.
Z.Zaytseva UNEC-i Webometrics reytinqinə görə Azərbaycan universitetləri arasında birinci yerdə olması münasibəti ilə təbrik edib. Bildirib ki, UNEC-in QS reytinqində yer ala bilməsi üçün kif
... Read more »
Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının 29 iyun 2015-ci il tarixli iclasının qərarına əsasən, universitetin mövcud abbreviaturası dəyişdirilərək Azərbaycan, rus və ingilis dillərində UNEC (University of Economy) kimi müəyyən edilib.
Iyunun 27-də Azərbaycan Dövlət İqtisad Universitetində “Məzun günü” keçiriləcək.
Tədbridə universitet tarixində ilk dəfə olaraq məzunların təhvil-təslim mərasimi keçiriləcək. Belə ki, məzunlar univeristet himninin sədaları altında ali təhsil müəssisəsinin bayrağını III kurs tələbələrinə təhvil verəcək.
Mərasimdə həmçinin ən yüksək bal toplamış, idman yarışlarında, elmi müsabiqə və konfranslarda birinci yerə layiq görülmüş məzunlara Fəxri Fərman təqdim olunacaq.
Tədbirdə universitetin tələbələrindən ibarət bədii özfəaliyyət kollektivi çıxış edəcək.
Ümumilikdə 2013/2014-cu tədris ilində universitetin bakalavr və magistr pillələrini bitirəcək məzunların sayı 4738 nəfər təşkil edir.
Tədbir iyunun 27-də saat 18:00-da univeristetin əsas binasının həyətində keçiriləcək.
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin yaranmasından 84 il keçir. Universitet Azərbaycan SSR Xalq Komissarları Şurasının 19 iyun 1930-cu il tarixli qərarı ilə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Ticarət-Kooperativ İnstitu kimi təsis edilib. ADİU indiyədək minlərlə müxtəlif profilli iqtisadçı hazırlayaraq sənaye, kənd təsərrüfatı, ticarət, statistika, maliyyə, menecment, vergi sistemi və digər sahələrin yüksək ixtisaslı kadrlarla təmin edilməsində mühüm rol oynayıb.
Ölkə iqtisadiyyatı üçün ali təhsilli kadrlar hazırlayan ADİU-nun 84 illik tarixinin ən yaddaqalan illləri bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb – Azər
... Read more »
Əziz tələbələr, magistrlər və təhsil müəssisələrinin məzunları!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edildiyini nəzərə alaraq “2014-cü il Sənaye ili” adı altında Azərbaycan Dövlət İqtisad Universitetində 23 may 2014-cü ildə ənənəvi IX “Məzun – 2014” ümumrespublika yarmarkası keçiriləcək.
Yarmarkada 100-dən çox dövlət qurumları, yerli və xarici şirkətlər vakant iş yerləri ilə iştirak edəcəklər. Yarmarkada iştirak etmək istəyənlər CV-lərini mezunaseu@gmail.com ünvanına göndərə bilərlər.
Yarmarkanın keçiriləcəyi ünvan: İstiqlaliyyət küçəsi, 6 (ADİU-nun 1 saylı tədris korpusu)
Yarmarkanın iş vaxtı: 10.00 – 18.00
Əlaqə telefonları: +99412 497 71 3
... Read more »
Bakıda keçirilən üçüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində sənədlər imzalanmışdır. Azərbaycan Dövlət İqtisad Universiteti və Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti arasında əməkdaşlıq haqqında müqaviləni həmin ali məktəblərin rektorları Şəmsəddin Hacıyev və İqor Maksimtsev imzalamışlar.
Dərbənd filialı 1993-cü ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Rusiya Federasiyanın Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq, onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir.
Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən etibarən filialın yüzlərlə gənc məzunları olmuşdur.
Həmin məzunlar hal-hazırda Rusiya Federasiyasının iqtisadiyyatının müxtəlif sahələrində müvəffəqiyyətlə çalışırlar. Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanır: Dünya iqtisadiyyatı; Maliyyə-Kredit; Mühasibat uçotu və audit; Gömrük işinin təşkili; İqtisadiyyatın hüquqi tənzimlənməsi.
Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə ADİU-nun Dərbənd filialının yeni təhsil kompleksi tikilmiş və istifadəyə verilmişdir.
... Read more »