Monday, 15-07-2024, 14:06
Welcome Guest | RSS

Azərbaycan Dövlət İqtisad Universiteti

Site menu
Our poll
Neçənci kurs tələbəsisiniz?
Total of answers: 489
Statistics

Total online: 1
Guests: 1
Users: 0


14:25
Azərbaycan Dövlət İqtisad Universitetinin 84 yaşı qeyd olundu

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin yaranmasından 84 il keçir. Universitet Azərbaycan SSR Xalq Komissarları Şurasının 19 iyun 1930-cu il tarixli qərarı ilə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Ticarət-Kooperativ İnstitu kimi təsis edilib. ADİU indiyədək minlərlə müxtəlif profilli iqtisadçı hazırlayaraq sənaye, kənd təsərrüfatı, ticarət, statistika, maliyyə, menecment, vergi sistemi və digər sahələrin yüksək ixtisaslı kadrlarla təmin edilməsində mühüm rol oynayıb.

Ölkə iqtisadiyyatı üçün ali təhsilli kadrlar hazırlayan ADİU-nun 84 illik tarixinin ən yaddaqalan illləri bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb – Azərbaycan Dövlət İqtisad Universiteti yaradılıb. Beləliklə, ADİU kiçik bir fakültədən bu gün Azərbaycanın aparıcı təhsil müəssisələrindən və Qafqazın ən böyük ali iqtisad təhsili ocaqlarından birinə çevrilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin maddi-texniki bazası davamlı olaraq möhkəmlənməkdədir. O cümlədən, ali təhsil ocağında Avropa təhsil sisteminə qoşulma ilə əlaqəli dövlət tədris proqramları müasir tələblərə uyğunlaşdırılıb. ADİU-da informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunur. Ölkəmizdə ilk dəfə ADİU-da “Magistr hazırlığı mərkəzi” elmi-tədqiqat institutu yaradılıb.

ADİU Azərbaycanın xaricdə filialı olan yeganə ali təhsil ocağıdır. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə 1993-cü ildə universitetin Dərbənd filialı yaradılıb. Filialın yaradılmasında əsas məqsəd Rusiya Federasiyanın Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq, onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir. Bu gün Dərbənd filialında 5 ixtisas üzrə bakalavriat hazırlanır.

Azərbaycan Prezidentinin göstərişi ilə Dərbənd filialının yeni təhsil kompleksinin tikilərək istifadəyə verilməsi nəzərdə tutulub. Son tamamlanma işləri başa çatmaqda olan muasir tələblərə cavab verən tədris korpuslarında 1500 tələbənin təhsil almasına imkan yaradılıb. Kampus tipli yeni təhsil kompleksinə 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik litsey daxildir.

Bu gün Cənubi Qafqaz ölkələrinin ən böyük ali təhsil ocaqlarından biri sayılan Azərbaycan Dövlət İqtisad Universitetində 11 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox, o cümlədən  dünyanın 14 ölkəsindən tələbə və magistrant təhsil alır. Ali təhsil ocağında 120 professor, 600 dosent çalışır

Menbe: www.aseu.az

Views: 2445 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Login form
Search
Calendar
«  June 2014  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Reklam