Tuesday, 30-04-2024, 03:30
Welcome Guest | RSS

Azərbaycan Dövlət İqtisad Universiteti

Site menu
Our poll
Neçənci kurs tələbəsisiniz?
Total of answers: 489
Statistics

Total online: 1
Guests: 1
Users: 0


00:17
ADİU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən keçirilən mədəni-kütləvi tədbirlərdən biri “Açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey
Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən müntəzəm olaraq mədəni-kütləvi tədbir keçirilir. Həmin tədbirlərdən biri də unversitetin bir qrup əməkdaşının istirahəti və ölkəmizin qədim tarixi ilə yaxından tanış olmaları məqsədi ilə Abşeron yarımadasının şimal-şərqindəki Qala kəndində yerləşən 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisindəki "Açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksi”nə təşkil olunmuş ekuskursiyadır. Ekuskursiyanın təşkil olunmasında universitetin rəhbərliyi də yaxından iştirak etmişdir. Ekskursiyanın daha maraqlı keçməsi və buradakı arxeoloji, memarlıq abidələri, saxlanılan eksponetlər haqqında ətraflı və dolğun məlumat almaq üçün HİK-nin təşkilatçılığı ilə bələdçi də ayrılmışdır.


Bələdçinin verdiyi məlumata əsasən kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunub. Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulub. 1,2 hektar ərazisi olan bu muzey kompleksində Azərbaycanın tarixi incilərini seyr etmək üçün gözəl şərait yaradılmışdır.

O, muzeydə saxlanılan Abşeron yarımadasında tapılmış ov, insanı qurban vermə, müqəddəs nigah və s. səhnələr təsvir olunmuş qayaüstü rəsmlərinin e.ə. III-II minilliklərdən başlayaraq eramızın orta əsrlərinə qədərki tarixi əhatə etdiyini bildirdi. Bundan başqa muzeydə eramızdan əvvəl III minilliyin II yarısı – II minilliyin I yarısına qədərki dövrü əhatə edən Abşeron ərazisində aşkar olunmuş qədim kurqanlar, qəbir daşları, yaşayış məskənləri, ibadət yerləri və bir sıra digər maddi-mədəniyyət qalıqları da var. Azərbaycanın ən qədim sənətkarlıq növlərindən sayılan dulusçuluq sənətinə aid saxsı məmulatlar sərgilənir ki, bunlarda bədii cəhətdən çox maraqlıdır. Burada maraq doğuran qədim abidələrdən biri də qədim musiqi aləti – Qavaldaşdır. Qavaldaşın səs çıxarmasının sirri onun hava yastığı üzərinə qaldırılmasındadır. Quru, yüngül, özündən altdakı daş və qaya üzərinə iki nöqtədə toxunan və beləliklə bir növ havada qalmış təbəqəvari yastı əhəngdaşına kiçik daşla zərbə vurduqda onun içərisindən gələn zümzümə bir dəqiqə kəsilmir.

Dolğun və ətraflı şəkildə bizi məlumatlandıran bələdçimizin qeyd etdiyi kimi Abşeronun qərbində, Qobustan qayalıqlarında eradan əvvəlki dövrə təsadüf edən qayaüstü təsvirlər, yeni daş-tunc dövrünə aid mağaralar, Abşeronun şərqində Qala kəndi yaxınlığındakı Ağdaş düzü, Xaşaxuna və Dübəndi ərazisindəki arxeoloji qazıntılar, e.ə. III minilliyə təsadüf edən yaşayış məskənləri, kurqanlar, ocaq izləri və maddi-mədəniyyət qalıqlarının izləri diyarımızın nə qədər qədim tarixə malik olduğundan xəbər verir.

Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisindəki "Açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksi”nə ekskursiya xoş təəssüratlarla başa çatdı. Ekskursiyanın təşkilinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədrinə universitetin əməkdaşları öz təşəkkürlərini bildirdilər. Öz növbəsində HİK-nin sədri E.R.Eyvazov gələcəkdə də Azərbaycanın mədəniyyət və tarixi abidələrinə ekskursiyalar təşkil olunacağını bildirdi.

Ekskursiya başa çatdıqdan sonra rəhbərlik tərəfindən ayrılan avtobusla qayıdan əməkdaşlarımıza universitetin yeni təmirdən çıxan yeməkxanasında HİK tərəfindən nahar təşkil olundu.
Views: 2703 | Added by: Admin | Tags: ADIU hemkarlar ittifaqi | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Login form
Search
Calendar
«  October 2011  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Reklam