Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qazax və Zaqatala filialları müvafiq olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) və Bakı Dövlət Universitetinin (BDU) filialları hesab ediləcək.
Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin rəsmi saytında yerləşdirilən sərəncamın mətnində deyilir:
"Regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2016-cı il iyul ayının 1-dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı, Zaqatal
... Read more »